Bu rəsm 44 milyona satıldıBölmə: Mədəniyyət
Çinin paytaxtı Pekində keçirilən hərracda XIII-XIV əsrə aid rəsm əsəri 303,6 milyon yuana (44 milyon ABŞ dollar) satılıb. Bu, cari ildə Çin incəsənət əsərinin ən yüksək məbləğdə satışıdır. “Xalqİnfo” Azərtac-a istinadən xəbər verir ki, “Poly İnternational” şirkətinin təşkil etdiyi hərracda qeyd olunan əsər başlanğıcda 9,87 milyon dollara təklif olunsa da, 40 dəqiqə ərzində qiymət 44 milyon dollar çatıb. Tan sülaləsinin beş şahzadəsini əks etdirən əsər tarix boyu bir neçə imperatorun şəxsi kolleksiyasını bəzəyib. Ehtimal olunur ki, əsərin müəllifi olan Ren Renfa (1254–1327-ci illər) adlı rəssam Yuan sülaləsinin hakimiyyət illərində yaşayıb yaradıb. O, rəssamlıqla yanaşı, Yuan sülaləsinin sarayında imperiyanın su işlərinə cavabdeh olub. Ren Renfanın 8 əsəri Çin Milli Muzeyində saxlanılır. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|