» » Elçinin “Qatil”i Tbilisidə

Elçinin “Qatil”i Tbilisidə

Bölmə: Mədəniyyət
Elçinin “Qatil”i Tbilisidə

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümündə nümayişi baş tutub.

Xalqİnfo.az xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Filmin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Qeyd edək ki, “Qatil” filmi həmçinin Bakıda keçirilən 6-cı Avropa Film Festivalı və Finlandiyanın “Qara və Ağ” Teatr Festivalında iştirak edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler