» » "Xanuma” tamaşası nümayiş olunub

"Xanuma” tamaşası nümayiş olunub

Bölmə: Mədəniyyət
"Xanuma” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Xalqİnfo.az xəbər verir ki, teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, vokal üzrə repetitor Zeynab Safinadır.

Tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler