» » Əməkdar artist “Riqoletto” operasında -

Əməkdar artist “Riqoletto” operasında - Fotolar

Bölmə: Mədəniyyət
Əməkdar artist “Riqoletto” operasında -

Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunub.

"Xalqİnfo" xəbər verir ki, tamaşanın baş rollarında Azərbaycanın əməkdar artisti İnarə Babayeva, Ukraynadan gələn ifaçılar Pyotr Primak və Dmitriy Kuzmin çıxış ediblər. Operada həmçinin, xalq artisti Əli Əsgərov, əməkdar artist Səbinə Əsədova, solistlər Əliəhməd İbrahimov, Firuz Məmmədov, Tural Ağasiyev yüksək peşəkarlıqla ifa ediblər.

Tamaşanın premyerası dirijor, xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi ilə baş tutub. Baş rolun ifaçılarından olan İnarə Babayeva qeyd edib ki, o bu operanı 2002-ci ildə hələ tələbə olanda xalq artisti Şəfiqə Məmmədova ilə hazırlayıb:

“14 il öncə, əsərin zəngin musiqisinə eyni zamanda ifa etdiyim Gilda partiyasının lirik drammatik obrazına vuruldum. Bu gündə bu partiyanı sevə-sevə ifa edirəm. Teatrda gənclərə yaradılan şərait imkan verir ki, gənclər öz istedad və bacarığını nümayiş etdirsin. Fürsətdən istifadə edib, bu tamaşada iştirak edən bütün yaradıcı və texniki heyəti uğurlu tamaşa münasibəti ilə təbrik edirəm”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Əməkdar artist “Riqoletto” operasında -
Əməkdar artist “Riqoletto” operasında -
Əməkdar artist “Riqoletto” operasında -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler