» » “Muğamat var olan yerdə” adlı konsert

“Muğamat var olan yerdə” adlı konsert

Bölmə: Mədəniyyət
[thumb=left]http://xalqinfo.az/uploads/posts/2016-11/1480504557_1480488295img-20161129-wa0006.jpg[/thum]

Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində “Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert keçirilib.

"XalqInfo" xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konsert zamanı Filarmoniyanın foyesində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin incəsənət və musiqi məktəblərinin uşaqlarının hazırladığı rəsm əsərlərinin sərgisi təşkil olunub.

Konsertdən əvvəl və sonda tamaşaçılar sərgiylə tanış olublar.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Konsertin iştirakçıları Muğam Televiziya Müsabiqəsinin Laureatı Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov və başqaları olublar. Konserti Muğam İnstrumental Ansamblı müşayiət edib


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler