» » “İçəri Şəhər” beynəlxalq festivalda

“İçəri Şəhər” beynəlxalq festivalda

Bölmə: Mədəniyyət
“İçəri Şəhər” beynəlxalq festivalda

“İçəri Şəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub. Festival 20-28 noyabr tarixlərində Qoada keçirilib.

"Xalqİnfo[code][/code]" xəbər verir ki, festivalda filmin ssenari həm müəllifi və baş rolun ifaçısı Təhminə Rafaella iştirak edib.

Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçəri Şəhər” filmi Misirin Qahirə Beynəlxalq Film Festivalında və Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayiş olunub. Film həmçinin Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Anar Xəlilov və digərləri canlandırırlar.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler