» » Şəkidə ilk Beynəlxalq ənənəvi şirniyyat festivalı

Şəkidə ilk Beynəlxalq ənənəvi şirniyyat festivalı

Bölmə: Mədəniyyət
 Şəkidə ilk Beynəlxalq ənənəvi şirniyyat festivalı

İyulun 20-də axşam saatlarında Şəki şəhərindəki XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində Beynəlxalq ənənəvi şirniyyat festivalı başladı.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan şirniyyatçılar iştirak edirlər.
Burada düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat məhsulları nümayiş etdirilir.
Bu dəqiqələrdə mehmanxana kompleksinin həyətində festivalın rəsmi açılış mərasimi keçirilir.
Sərgilərlə tanışlıqdan sonra festivalda fərqlənənlərə mükafatlar təqdim olunacaq.
Festivala rəngarəng konsert proqramı ilə yekun vurulacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler