» » Teatr sevərlərin nəzərinə

Teatr sevərlərin nəzərinə

Bölmə: Mədəniyyət
Teatr sevərlərin nəzərinə

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı tamaşanın son hazırlıq prosesi yekunlaşmaq üzrədir.

"Xalqİnfo" xəbər verir ki, teatrın 2016-cı il repertuar planında hazırlanması nəzərdə tutulan “Leyli və Məcnun” tamaşasının quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov olan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

Ümumilikdə bu möhtəşəm məhəbbət dastanında kollektivin 50-dən artıq aktyor heyəti rol alıb.

Iki hissəli “Leyli və Məcnun” tamaşasının premyerası dekabr ayının 3-də saat 19.00-da baş tutacaqdır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler