» » Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov vəfat etdi

Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov vəfat etdi

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov vəfat etdi

Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov dünyasını dəyişib.

Xalqİnfo” xəbər verir ki, bu barədə məlumatı APA-ya “Mədəniyyət” telekanalının direktoru Ramil Qasımov deyib.

Onun sözlərinə görə, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş.

Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Nəriman Əzimov 1982-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler