» » “Mətbəx və qidalanma üzrə xidmət” adlı master-klass

“Mətbəx və qidalanma üzrə xidmət” adlı master-klass

Bölmə: Mədəniyyət
“Mətbəx və qidalanma üzrə xidmət” adlı master-klass

“Şahdağ” Turizm Mərkəzi noyabr ayının 15-dən başlayaraq Qusar Peşə Liseyi ilə birlikdə 3 ay boyunca davam edəcək “Mətbəx və qidalanma üzrə xidmət” adlı master-klass layihəsinə start verir.

"Xalqİnfo" xəbər verir ki, layihənin əsas məqsədi peşə liseyinin şagirdlərinə mətbəx və qidalanma sahələri üzrə biliklərin ötürülməsi və qeyd olunan xidmət sahələri üzrə mütəxəssislərin hazırlanmasıdır.

Layihə çərçivəsində mərkəzin “Mətbəx bölməsi” və “Qidalanma üzrə xidmət” şöbəsinin nümayəndələri tərəfindən tədris olunacaq kurslara başlamazdan öncə şagirdlər mərkəzin ümumi fəaliyyəti, mərkəzdə təqdim olunan xidmətlər və s. ilə yaxından tanış olacaqlar.

Mövzular üzrə 20 nəfərdən ibarət olacaq qruplara üç ay ərzində həftədə 2 dəfə omaqla 3 saatlıq master-klass dərslər təşkil olunacaq. Dərs proqramı çərçivəsində qonaqların qarşılanması, yeməklərin hazırlanması, təhlükəsizlik tədbirləri və s. bu kimi məsələlər, ümumilikdə xidmət sahəsinin incəlikləri öyrədiləcək.

Qusar Peşə Liseyində təşkil olunacaq dərslər bitdikdən sonra qazandıqları nəzəri bilikləri praktiki olaraq təcrübədən keçirmək üçün “Şahdağ” Turizm Mərkəzi daxilində hər mövzu üzrə kursların iştirakçıları ilə 2 dərs əlavə praktiki təlim keçiriləcəkdir.

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi tərəfindən xidmət sahəsində çalışacaq gələcək peşəkarların yetişdirilməsinə yönəlmiş bu cür tədbirlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler