» » Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında

Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında

Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışı olub.

"Xalqİnfo" AzerTac-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

“Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə baş tutub. Bu sərgi həm də Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirir. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş olunur.

Sərginin açılışında çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova təqdim olunan əsərlərdən danışdı. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra sərgi ilə tanışlıq olub. Sərgi ölkəmizin rəssamlıq məktəbinin orijinallığı ilə bərabər, həm də Azərbaycan və Rusiya mədəni əlaqələrinin sürətli inkişafının təzahürüdür.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında
Mehriban Əliyeva Rusiya Dövlət Tretyakov Qalereyasında

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler