» » Yaşar Nurinin xatirə tədbiri keçiriləcək

Yaşar Nurinin xatirə tədbiri keçiriləcək

Bölmə: Mədəniyyət
Yaşar Nurinin xatirə tədbiri keçiriləcək

Sabah saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq.

Xatirə gecəsinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

Mərasimdə Yaşar Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, sənətkarın dostları xatirələrini bölüşəcəklər. Gecədə eyni zamanda Yaşar Nurinin sevdiyi mahnılar səslənəcək.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında Akademik Milli Dram Teatrında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb.

1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatları və təltiflərə layiq görülüb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Yaşar Nurinin xatirə tədbiri keçiriləcək

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler