» » Nazir “Əlcəzirə” kanalına müsahibə verib -

Nazir “Əlcəzirə” kanalına müsahibə verib - Foto

Bölmə: Mədəniyyət
Nazir “Əlcəzirə” kanalına müsahibə verib -

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan "Əlcəzirə" telekanalının Türkiyə təmsilçiliyinə müsahibə verib.

"Xalqİnfo" xəbər verir ki, Əbülfəs Qarayev müsahibədə ölkəmizdə turizm sənayesinin inkişafı üçün atılan addımlardan danışıb. Bildirib ki, ölkəmizdə turizm sənayesinin inkişafı prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Son illər bu sahədə həyata keçirilən yeniliklərdən danışan nazir viza sisteminin sadələşdirilməsi, bir sıra ölkələrin vətəndaşları üçün isə birbaşa hava limanlarımızda vizaların verildiyini vurğulayıb.

Ölkəmizin zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu, vizaların rahat şəkildə əldə olunması xarici turistlərin ildən-ilə artmasına səbəb olur.

Nazir qeyd edib ki, bu il ərzində xüsusi ilə ərəb ölkələrindən olan turistlərin Azərbaycana səfərləri bir neçə dəfə artıb. Ərəb ölkələrindən olan turistlərin ölkəmizə səfərlərinin artması bir tərəfdən viza sistemin sadələşdirilməsidirsə, digər tərəfdən də xalqımızın yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqədardır.

Əbülfəs Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi olaraq bundan sonra da ölkəmizə gələn xarici turistlərin ölkəmizdə rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler