» » Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək

Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək

Bölmə: Mədəniyyət
Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək

Akademik Milli Dram Teatrının kollektivi 144-cü teatr mövsümündə yeni səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış etdilər.

Xalqİnfo.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasının premyerası keçirildi.

İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar arstistlər Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) çıxış etdilər.

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler