» » “Digər Fəza” adlı festival keçiriləcək

“Digər Fəza” adlı festival keçiriləcək

Bölmə: Mədəniyyət
“Digər Fəza” adlı festival keçiriləcək

2-6 noyabrda Moskva Dövlət Akademik Filarmoniyasında Rusiyanın ən böyük müasir musiqi forumlarından biri “Digər Fəza” adlı V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.

Beş gün davam edəcək festivalda müasir bəstəkarların əsərləri səslənəcək. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilatı dəstəyi ilə festivalda iştirak etmək üçün Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Moskva şəhərinə ezam olunacaq.

5 noyabr, 19:00-da Moskvanın P.İ.Çaykovski adına konsert zalında təşkil olunacaq tədbirdə Azərbaycanın görməkli bəstəkarı, professor Fərəc Qarayevin “Serenada” (1971), alman bəstəkarı K.Ştokxauzenin üç orkestr üçün “Qruplar” və italyan bəstəkarı Luçano Berionun “Sinfonia” əsərləri səslənəcək. İlk dəfə olaraq, bir konsertdə üç böyük kollektiv- Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov), “Questa musica” ansamblı (dirijor Filipp Çijevski) və Rusiya Dövlət Orkestrinin solistləri (dirijor Vladimir Yurovski) eyni səhnəni bölüşəcəklər.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler