» » Məşhur yazıçının əsərləri 3 dildə nəşr edilib

Məşhur yazıçının əsərləri 3 dildə nəşr edilib

Bölmə: Mədəniyyət
Məşhur yazıçının əsərləri 3 dildə nəşr edilib

“TEAS Press” Nəşriyyat evi 2016-cı ildə görkəmli qazax mütəfəkkiri və ictimai-siyasi xadimi, Qazaxıstanın xalq yazıçısı, ədəbiyyatşünas-alim, şair Oljas Süleymenovun əsərlərini müxtəlif dillərdə çap etdirib.

Xalqİnfo.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, bura məşhur “Az i Ya”, “Gil kitab”, “Sözün kodu”, “Türklər tarixdən əvvəl” adlı elmi-tədqiqat əsərləri, “Tanrının təbəssümü” adlı şeirlər toplusu, habelə Süleymenovun həyat və yaradıcılığından bəhs edən “Oljas fenomeni” adlı kitab daxildir. Oljas Süleymenovun 80 illik yubileyi münasibətilə “TEAS Press” Nəşriyyat evində Azərbaycan, türk və ingilis dillərinə tərcümə olunaraq nəfis şəkildə nəşr edilən bu əsərlər görkəmli mütəfəkkirin çoxşaxəli və orijinal yaradıcılığının bütün aspektlərini əhatə edir.

Dünyanın 22 görkəmli mütəfəkkiri siyahısına daxil edilən, bir çox ölkələrin, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və Ukraynanın ali dövlət mükafatları ilə təltif olunan Oljas Süleymenovun tarix, etimologiya, linqvistika, türkologiya və slavistika sahəsindəki araşdırmaları, elmi dairələrdə güclü rezonans doğuran elmi-publisistik yazıları ona bütün Avrasiya məkanında böyük şöhrət gətirib. Lakin görkəmli tədqiqatçının elmi fəaliyyəti heç də həmişə rəğbət və təqdir qazanmayıb. Oljas Süleymenov sovet dövründə təqib olunub, əsərləri qadağan edilib, kitabları satışdan və kitabxanalardan yığışdırılıb, əsərlərinin çapına yasaq qoyulub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Məşhur yazıçının əsərləri 3 dildə nəşr edilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler