» » Əbülfəs Qarayev Rifai ilə görüşdü -

Əbülfəs Qarayev Rifai ilə görüşdü - Fotolar

Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev Rifai ilə görüşdü -

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104 -cü Sessiyasında iştirak etmək üçün Misirdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və sözügedən təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib.

"Xalqİnfo" xəbər verir ki, görüşdə BMÜTT-nin baş katibi Taleb Rifai Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi münasibətilə təbrik edib.

Görüş zamanı Azərbaycan və BMÜTT arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılmış, may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər və layihələr müzakirə olunub.

Eyni zamanda, nazir Əbülfəs Qarayev “2017-ci il İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində Azərbaycan və BMÜTT-nin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər haqqında məlumat verib və Təşkilatı Azərbaycanda bu il çərçivəsində keçiriləcək tədbirlərə tərəfdaş olmağa dəvət edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Əbülfəs Qarayev Rifai ilə görüşdü -
Əbülfəs Qarayev Rifai ilə görüşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler