» » "Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib -

"Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib - Fotolar

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
"Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib -
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə Əməkdar Mədəniyyət işçisi, tanınmış şair - yazıçı - dramaturq, filologiya üzrə fəlsəfə direktoru Sahib İbrahimlinin “Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib.

Xalqİnfo.az xəbər verir ki, AYB-nin Gəncə Bölməsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan bölmənin sədri S.İbrahimli yaradıcılığının çoxşaxəli və rəngarəng olduğu, eləcə də çağdaş ədəbiyyatımızda özünəməxsus yeri barədə ətraflı məlumat verib. Natiq həmçinin şairin şeirlərindən parçalar söyləyib və bu şeirlərin səmimi, orjinal, düz poeziya olduğunu bildirib: "O, tamamilə yeni səpkili, klassik və müasir ədəbiyyatımızın tanınmış nümayəndələri, eləcə də, istedadlı gənclərimiz barədə elmi təhlillər, araşdırmalar aparan diqqətəlayiq alimdir. Onun “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Fəxriyyə, yoxsa öncəgörmə”, “Aşıq Ələsgər şeirlərinin sənətkarlıq xüsusiyyətləri” və digər elmi məqalələrində ədəbiyyatımızın əhatəli, zəngin olduğu qabarıq şəkildə göstərilib".

Yazıçı və şairlərdən Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, İnqilab İsaq, Ramiz Təmkin, Ümbülbanu, Fazil Sənan, Saleh Qurbanov, Gülafət, İradə Aytel, Ofelya Mədətqızı, İmamverdi Məmmədov, İmam Cəmilli, Ceyhunə Mehmanqızı, Cahandar Aybər, Rəhim Qurbani, Zahir Şirani, Hüseyn Əsgəroğlu, Salman Qaralar, Fidovsi Fahralı, Nadir Ovçu, Almaz Yusifqızı, Arzu Paşayev, Banu Qarayeva, Təhminə Məmmədova, Aləmzər Əlizadə, jurnalist Fazil Kazımov kitab haqqında öz mülahizələrini, fikirlərini bildiriblər, şairin əsərlərindən nümunələr söyləyiblər və ona həsr etdikləri şeirləri oxuyublar.

Sonda çıxış edən S.İbrahimli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və yeni şeirlərini söyləyib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

"Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib -
"Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib -
"Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib -
"Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib -
"Ədəbi Proses: Dünən və Bu Gün” kitabının təqdimatı keçirilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler