» » Ən nüfuzlu rektorlar kimlərdir?..

Ən nüfuzlu rektorlar kimlərdir?..

Bölmə: Mədəniyyət, MANŞET
Ən nüfuzlu rektorlar kimlərdir?..
Hər bir universitetin inkişafında, nüfuzunun artmasında rektorların əməyi çox böyük olur. Hər bir rektor təyin olunduğu universitetin necə deyərlər, güzgüsüdür. Universitetlərdə hər hansı yeniliyin olması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması birbaşa rektorların əməyi nəticəsində yaranır. Bu da onları cəmiyyət arasında nüfuzlu edən səbəblərdən biridir.

Bəs Azərbaycanda hal-hazırda ən nüfuzlu universitet rektorları kimlərdir?

Xalqİnfo.az bildirir ki, Modern.az saytı bu məslə ilə bağlı müxtəlif peşə sahiblərinin fikirlərini öyrənib

Tanınmış jurnalist Qulu Məhərrəmlinin fikrincə, ölkədə ən nüfuzlu universitet rektorlarından biri Bakı Dövlət universitetinin rektoru Abel Məhərrəmovdur. Onin fikrincə, A.Məhərrəmov cəmiyyətdə daha çox tanınır və deputat olub.
“Abel Məhərrəmov bizim klassik rektorlar siyahısının başında dayanır. Daha sonra isə son vaxtlar təyin olunmuş və cəmiyyətin yaxşı tanıdığı şəxslərdən biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı gəlir. Azərbaycan Dövlət İqtisad universitetinin rektoru Ədalət Muradovu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərovu və Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanı da misal göstərmək olar. Bu rektorlar islahat aparmaqlarına, yenilikçiliklərinə görə tanınır və diqqəti cəlb edirlər”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli deyib ki, ən nüfuzlu universitet rektorlarının adlarını deməyə çox çətinlik çəkir.
“Çünki, mən onların rektorluq fəaliyyətlərini izləyə bilmirəm. Həmçinin bütün rektorlara böyük hörmətim var. Onlar bacardıqları qədər çalışırlar ki, vəzifələrinin öhdəsindən laiqincə gələ bilsinlər”.

“Movqe” qəzetinin təhsil sahəsindən yazan müxbiri Zülfiyyə Quluyeva bildirib ki, Azərbaycanda ən nüfuzlu ali məktəb rektoru Abel Məhərrəmovdur.
“Abel müəllimin həm özünün, həm də rəhbərlik etdiyi universitetin kifayət qədər reytinqi var. Elə KİV-də də ən çox adı hallanan, tədbirləri işıqlandırılan, ictimaiyyətə, mediaya açıq olan universitet BDU-dur. Bəlkə də biz jurnalistlərin BDU-nu digər universitetlərdən daha çox işıqlandırmağımızın bir səbəbi də bu ali təhsil ocağının media ilə işini düzgün qurması, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın fəallığı ilə əlaqədardır. Abel müəllimin universitetlə bağlı bütün tədbirləri mütəmadi sosial şəbəkələrdə paylaşılır. BDU-ya medianın ünvanladığı bütün suallar vaxtında, deyərdim çox operativ şəkildə cavablandırılır. Hətta biz sualımızı BDU ilə bağlı Pərvanə xanımın Facebook sosial şəbəkəsindəki hesabı vasitəsilə inboksuna da göndərə və operativ cavab ala bilirik. Bu kimi amillər də Abel müəllim haqda müsbət fikir formalaşdırır. Abel müəllim özü də Azərbaycanın ilk təhsil ocağının adına-sanına uyğun çalışır. Yəni universitetdə qonaqlar qəbul edilir, görüşlər olur, yeniliklər tətbiq edilir. Bütün bunlar da bizim gözümüzdə Abel müəllimin nüfuzunu bir qədər də artırır”.

Təhsil məsələləri üzrə ekspert, sabiq deputat Şahlar Əsgərov bildirib ki, ən nüfuzlu universitet rektorlarının adlarını demək onun üçün çox çətindir.
“Çünki bunun üçün sosioloji tədqiqat lazımdır. Yəni “yeniliyə, modernləşməyə hansı universitetlər və rektorlar gedirlər” sualına cavab tapmaq lazımdır. Daha sonra isə nəsə demək olar. Mən bu il bir neçə universitetdə olmuşam. Həmin universitetlərdə müəyyən yeniliklər gördüm. “ADA” Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində və digər təhsil müəssisələrində yeniliklərin şahidi oldum. Universitetlərimizdə əsaslı dərəcədə irəliləyişlər var. Ən nüfuzlu rektorları isə Təhsil Nazirliyinin səlahiyyətliləri bilər. Azərbaycanda yaxşı rektorlarımız çoxdur. Mən sadəcə onların birini digərindən ayırmaq istəmirəm. Hesab edirəm ki, hər hansı bir vətəndaşın bunu deməyi mənəvi baxımdan da düzgün deyil”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler