» » Azərbaycan Frankfurt beynəlxalq kitab yarmarkasında təmsil olunur

Azərbaycan Frankfurt beynəlxalq kitab yarmarkasında təmsil olunur (FOTO)

Bölmə: Mədəniyyət
Azərbaycan Frankfurt beynəlxalq kitab yarmarkasında təmsil olunur
Ötən gün Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi sayılan Frankfurt beynəlxalq yarmarkası işə başlayıb.

Xalqİnfo.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Nazirlik hər il xarici ölkələrdə keçirilən müxtəlif kitab sərgilərinin iştirakçısı olur, Azərbaycan nəşrlərini dünyada təqdim və təbliğ edir. Bu sırada Frankfurt yarmarkası nüfuzu, miqyası, iştirakçı və ziyarətçi sayı ilə xüsusi yer tutur. Ötən illərdə nazirliyin xətti ilə ölkəmiz bu sərgidə uğurla təmsil olunub, milli stendimiz çoxlu ziyarətçi cəlb edib.

Builki sərgidə 56 kvadrat metr sahədə qurulan Azərbaycan stendi xüsusi dizaynı ilə seçilir. Stendimizdə ölkəmizin tarixi, mədəniyyəti, müasir inkişafı, ədəbi nümunələrimizlə bağlı nəfis nəşrlər, digər çap məhsulları, ayrı-ayrı nəşriyyatların kitabları nümayiş olunur.

Oktyabrın 22-də Azərbaycan stendində, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, cari ilin Multikulturalizm ili elan edilməsi ilə bağlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirə müxtəlif ölkələrdən qonaqlar da qatılacaq.

Oktyabrın 24-dək davam edəcək sərgi müddətində stendimizdə nəşr məhsullarının nümayişi ilə yanaşı, işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropada kitab sərgi mədəniyyətinin tarixi hələ XVI-XVII əsrlərdə təşkil olunan Frankfurt və Leypsiq yarmarkalarından başlayır. 1949-cu ildən ənənəvi olaraq keçirilən Frankfurt yarmarkası dünyanın ən nəhəng kitab sərgi-yarmarkası hesab olunur. Ümumi ekspozisiya sahəsi 170 min kvadrat metrdən çox olan yarmarkaya hər il 100-dən çox ölkə qatılır. Builki yarmarkanın fəxri qonağı Niderland Krallığıdır.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Azərbaycan Frankfurt beynəlxalq kitab yarmarkasında təmsil olunur
Azərbaycan Frankfurt beynəlxalq kitab yarmarkasında təmsil olunur
Azərbaycan Frankfurt beynəlxalq kitab yarmarkasında təmsil olunur

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler