» » “Sonuncu” Livanda beynəlxalq film -

“Sonuncu” Livanda beynəlxalq film - festivalında nümayiş etdiriləcək

Bölmə: Mədəniyyət
“Sonuncu” Livanda beynəlxalq film -
“Sonuncu” qısametrajlı bədii filmi “Beş günə beş il” Beynəlxalq Rusiya Filmləri Festivalında nümayiş etdiriləcək.

Xalqİnfo.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, festival 24-28 oktyabrda Livanın paytaxtı Beyrutda keçiriləcək. Filmin nümayişi 26 oktyabr tarixində baş tutacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Qeyd edək ki, Azərbaycan, milli kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz bu filmlə təmsil olunub.

Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.

Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırırlar.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler