» » İstanbulda dizayn festivalı keçiriləcək

İstanbulda dizayn festivalı keçiriləcək (FOTO)

Bölmə: Mədəniyyət
İstanbulda dizayn festivalı keçiriləcək
22 oktyabr-20 noyabr tarixləri arasında Üçüncü İstanbul Dizayn Bienalı baş tutacaq.

Xalqİnfo.az Trend-e istinadən məlumat verir ki, İstanbul Dizayn Bienalı həm Türkiyədən, həm də xarici ölkələrdən gətirilən sənət nümunələrini təqdim edərək bu sahədəki fərqlilikləri, axınları və mütərəqqi düşüncələri tanıtmağı və istanbullu tamaşaçılarla bir araya gətirməyi qarşısına məqsəd qoyub.

İstanbul Dizayn Bienalı aşağıdakı fəaliyyətləri ilə bir çox sahədə dizaynın əhəmiyyətli mövqeyini təqdim edir;

• Şəhərlərin Dizaynı,
• Memarlıq, Ətraf mühitin Dizaynı,
• Daxili Memarlıq,
• Sənaye Məhsullarının Dizaynı,
• Qrafik Dizayn,
• Moda və Tekstil Dizaynı,
• Yeni Media Dizaynı

İstanbul Dizayn Bienalı geniş miqyasda mədəniyyət və sənət sevərləri əhatə edir. Peşə mütəxəssiləri, tələbələr, istehsalçılar, istifadəçilər, sənaye, dizayn mərkəzli markalar, dövlət qurumları və təşkilatları ilə qeyri-hökumət təşkilatları İstanbul Dizayn Bienalı ilə birbaşa və ya dolayı olaraq əlaqə qurur.

Qeyd edək ki, 3-cü İstanbul Dizayn Bienaliı İstanbul Mədəniyyət və Sənət Vəqfi (İKSV) tərəfindən həyata keçirilir. Bienalin sponsorları ENKA Vəqfi, Petkim VitrA şirkətləridir.

İKSV mədəniyyət və sənət sahəsində 40 ildən çoxdur ki, işlərini fasiləsiz olaraq davam etdirir. Mədəniyyət və sənət işləri çərşivəsində İKSV 2012-ci ildə Türkiyədə ilk dəfə təşkil edilən İstanbul Dizayn Bienalinı həyata keçirib. Vəqfin həyata keçirdiyi beynəlxalq tədbirlərdən altıncısı olan İstanbul Dizayn Bienalı iki ildən bir İstanbulun mədəniyyət və sənət sevərlərinə təqdim edilir.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək
İstanbulda dizayn festivalı keçiriləcək


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler