» » Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə

Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

"Xalqİnfo" "Qafqazinfo"-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Tədbir konsert proqramı ilə davam edib.

Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə
Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə
Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə
Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə
Səməd Vurğunun yubiley gecəsi - Nazirin iştirakı ilə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler