» » 40 ölkədən tanınmış simalar Bakıya toplaşacaq

40 ölkədən tanınmış simalar Bakıya toplaşacaq

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
40 ölkədən tanınmış simalar Bakıya toplaşacaq
Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Xalqİnfo.az Axşam.az-a istinadən xəbər verir ki, iki ildən bir təşkil olunan beynəlxalq teatr forumuna bu dəfə 40 ölkədən 130-dək teatr xadiminin gələcəyi gözlənilir.

Konfransa Rusiyanın xalq artisti, “Sankt-Peterburq Opera” Dövlət Kamera Musiqisi Teatrının bədii rəhbəri Yuri Aleksandrov, litvalı aktrisa Violeta Podolskayte, türkiyəli tərcüməçi və aktyor Hakan Silahsızoğlu, Tatarıstan Respublikası Almetyevsk Tatar Dövlət Dram Teatrının direktoru Farida İsmagilova, Yunanıstanın Saloniki Universitetinin professoru Savvas Patsalidis və digər ölkələri təmsil edən tanınmış simalar qatılacaq.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler