» » "Oskar" mükafatına rekord sayda xarici film namizəddir

"Oskar" mükafatına rekord sayda xarici film namizəddir

Bölmə: Mədəniyyət
"Oskar" mükafatına rekord sayda xarici film namizəddir
"Oskar" mükafatına "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə rekord sayda film təqdim edilib.

"Xalqİnfo" "Qazeta.ru"ya istinadən xəbər verir ki, ümumilikdə 85 müraciət daxil edilib və bununla da 83 müraciətin olduğu əvvəlki ilin (2014) rekordu qırılıb.
Yəmən ilk dəfə "Oskar" mükafatına namizəd olub. Eyni zamanda, Albaniya, Argentina, Belçika, Boliviya, Çexiya, Misir, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Litva, Lüksemburq, Serbiya, Cənubi Afrika, Venesuela və digər ölkələrin filmləri Xarici dildə ən yaxşı film" nominasiyasına təqdim olunanlar arasındadır.

Doqquz filmin daxil olacağı "şort-list" bu il dekabr ayının sonlarında açıqlanacaq. "Oskar"a beş namizəd isə gələn il yanvarın 24-də elan olunacaq.

"Oskar"ın təqdimat mərasimi 2017-ci il fevralın 26-da keçiriləcək.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler