» » O, Siyavuş Aslan kimi öldü

O, Siyavuş Aslan kimi öldü (VİDEO)

Bölmə: Mədəniyyət
O, Siyavuş Aslan kimi öldü
Xalq artisti Səyavuş Aslanın vəfatından bu gün bir il keçir. Azərbaycanın gülüş səhnəsinin sonuncu tərk edən bu dahi aktyoru bir daha yad edək.

ANS TV-nin məlumatına görə, Siyavuş Aslan “Hicran” tamaşasının bu uğursuz pəltəyi əslində səhnəmizin dil-dil ötən aktyorlarından idi. O, mənim yaddaşımda təkcə sevilən aktyor kimi yox, həm də ölümünü gözləyən ixtiyar qoca kimi qalıb. Onun 77 yaşını təbrik etmək üçün evinə getmişdim. Həyatı çəkiliş pavilyonlarında, teatr səhnəsində keçən bu nəhəng aktyorun dörd divar arasına sığınıb qalması ürəyimi ağrıtmışdı. Ən çox da məni təsirləndirən verdiyim suallara eynən “Hicran” tamaşasında yaratdığı obraz sayağı cavablayırdı. Nəsə demək istəyirdi, alınmırdı. Amma tez-tez başını qaldırıb Ofelya xanımın şəklinə baxmasından hiss etmişdim ki, şəklini başı üstündən asdığı qadınını zamanında başının tacı edə bilməməsi onu möhkəm ağrıdır.

Bir il əvvəl isə Siyavuş Aslanın ölüm xəbəri bizi ağrıtdı. Əlbəttə, kifayət qədər yaşamışdı, ömrünü sürmüşdü, amma o, bu dünyadan miskin köçdü. Gecə saatlarında keçinməsinə baxmayaraq səhər saat 11 radələrində də aktyorun cənazəsi ortalıqda tək-tənha qalmışdı. Mən hələ bu qədər urvatsız ölü görməmişdim. Heç kim ağlamırdı. Əlbəttə, sonradan mənəvi bir borc kimi hamı özünü Dövlət Dram Teatrına yetirdi, xatirələrini danışdı. Səyavuş Aslanın nəhəng aktyor, yaxşı dost olduğunu ən pafoslu şəkildə kameralara söylədilər. Alqışlarla son mənzilə yola saldılar.

Hansı ki, bu adamlar çoxu xəstə aktyora heç ara-sıra da baş çəkmirdilər. Bəli, bu, biz insanların xarakteridir, xüsusiyyətidir. O, da sağlığında hər cür xarakterdə, xüsusiyyətdə insan obrazı yaratmışdı. Amma Siyavuş Aslan kimi öldü. Sənət isə ölmür, o yaşayır.

“Əhməd haradadır”da saqqal Ramizi görəndə, “Yol əhvalatı”nda və bizə Səyavuş Aslanı xatırlada biləcək ən müxtəlif əhvalatlarda biz onu həmişə xatırlayacağıq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler