» » "Arşın mal alan" musiqili komediyası Daşkənddə özbək dilində nümayiş etdirilib

"Arşın mal alan" musiqili komediyası Daşkənddə özbək dilində nümayiş etdirilib

Bölmə: Mədəniyyət
"Arşın mal alan" musiqili komediyası Daşkənddə özbək dilində nümayiş etdirilib
Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya mərkəzi olan "Kitab aləmi" Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası nümayiş etdirilib.

Xalqİnfo.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, əsəri Özbəkteatr Yaradıcı Mərkəzi və Daşkənddəki Diydor rejissorluq və aktyorluq fəaliyyəti teatr studiyası səhnələşdirib.

Tədbirin açılışında çıxış edən "Kitab aləmi" kitab satışı və informasiya mərkəzinin direktoru Şuxratcon Axundcanov Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edib, məhz bu səbəbdən həyata keçirdikləri layihəyə ilk dəfə olaraq Azərbaycan əsəri ilə başladıqlarını vurğulayıb.

Daha sonra gənc və istedadlı sənətçilərin iştirakı ilə "Arşın mal alan" musiqili komediyasından müxtəlif səhnələr nümayiş etdirilib.

Tədbirə Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təşkilati dəstək verib.

Qeyd edək ki, “Arşın mal alan” musiqili komediyası Özbəkistanda çox populyardır. Üzeyir bəy Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər paytaxt Daşkənddəki Opera Teatrında və Mukimi adına Dövlət Musiqili Dram Teatrında bir neçə dəfə tamaşaya qoyulub.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler