» » Efirdə Nərgiz Cəlilovadan Rasim Balayevə gözlənilməz — SUAL

Efirdə Nərgiz Cəlilovadan Rasim Balayevə gözlənilməz — SUAL

Bölmə: Mədəniyyət, MANŞET
Efirdə Nərgiz Cəlilovadan Rasim Balayevə gözlənilməz — SUAL
Xalq artisti Rasim Balayev qonağı olduğu "Sevilənlər" verilişində maraqlı açıqlamalarla yadda qalıb.

Xalqİnfo.az-ın məlumatına görə, Nərgiz Cəlilovanın aparıcısı olduğu verilişdə sənətkar 70-80-ci illərdə çəkildiyi filmlərdəki yaddaqalan məqamlardan söz açıb:

""Babək" filminə çəkiləndə 40-45 dərəcə isti var idi. Hava o qədər isti idi ki, atlarımızın başını gündən qorumaq üçün nəsə bağlayırdılar, amma aktyorlar o istidə çəkilirdilər. Mənim də misdən bir dəbilqəm var idi. Bəzən elə olurdu ki, alnım yanırdı".

Sənətkar yaratdığı obrazların onun xarakterinə təsiri barədə də danışıb:

"Hər obrazın tozunun tozu da olsa, adamın canında qalır. Nəsimini, Babəki, Beyrəyi oynamış adam necə yaltaq ola bilər?"

Nərgiz Cəlilova bu yerdə Balayevin oynadığı nazir köməkçisi obrazını yada salıb. Aparıcının "Axı o rolu da oynamısınız. Bəs o da canınıza hopubmu?" formasında verdiyi gözlənilməz suala Balayev belə cavab verib:

"Fikir verirsinizsə, orada bir nifrət var. Ona görə də həmin obrazdakı xarakter canıma hopa bilməz".

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler