» » “Hər səhər tüksüz başına baxıb ağlayırsan” -

“Hər səhər tüksüz başına baxıb ağlayırsan” - Xərçəng olan aparıcı

Bölmə: Mədəniyyət
“Hər səhər tüksüz başına baxıb ağlayırsan” -
İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova İnstaqram hesabında keçəl halda çəkilmiş fotosunu paylaşıb.

"Xalqİnfo" bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, aparıcı şəkli məhz bu xəstəliyə düçar olan qadınlar üçün paylaşdığını bildirib:

“Hər gün yüzlərlə qadın mənə müraciət edir ki, saçlar sonradan bərpa olurmu? Hər şey əvvəlki kimi olurmu? Bəli, əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. Qorxmayın, vaxtında həkimə gedin. Xəstəlik erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyat dolu olun, özünüzü sevin və özünüzə inanın.

Mən sizin hər birinizi anlayıram. Ximiyanı qəbul edəndən sonra günlərlə qaytarırsan, əsəbləşirsən, qışqırırsan, ağlayırsan... Radioterapiya edəndə yandığından əziyyət çəkirsən, özünə baxa bilmirsən... Hər səhər tüksüz başına baxıb ağlayırsan... Amma gözəl və güclü xanımlar, sonda sağalırsız. Həyat gözəldi, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə belə qırmızı dodaq boyası vurmağı unutmayın. Mən yaşadıqlarıma baxmayaraq çox xoşbəxtəm. Allaha sığının”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler