» » Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR

Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR

Bölmə: Mədəniyyət, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR


Müəllifini xatırlamıram, amma çox gözəl deyib: “Dünyadan köçəndən sonra məni sevməyinizin, yaxud yada salmağınızın mənimçün heç bir fərqi yoxdur. Məni indi, burda - bu dünyada sevin. Mənə sizin bu sevginiz lazımdır”.

Doğrudan da insanların onlar yalnız dünyadan köçdükdən sonra xatırlanması, sevilməsi heç nəyi dəyişmir. Sənətkarlar, xüsusən aktyorlar da bu qəbildəndir. Bütün güclərini kinonun, teatrın inkişafına sərf edən, istedadlarını əsirgəməyən aktyorlar qocaldıqdan sonra unudulur, yaddan çıxır, beləcə cəmiyyətin laqeydliyi ilə üzləşirlər. Bir zamanlar Azərbaycan kinosuna çəkilmiş, ayrı-ayrı filmlərdə maraqlı rollar yaratmış bəzi xarici aktyorlar da bu qəbildəndir. Üstəlik, məsələ onların təkcə unudulmasından getmir. Bu aktyorlar dünyadan acınacaqlı vəziyyətdə köçüblər. Məhz bu səbəbdən biz də onların bəzilərinin acı aqibətini araşdırdıq.


"Xalqİnfo" “Anar təqdim edir” layihəsi çərçivəsində kinomuzun xarici aktyorları ilə bağlı maraqlı faktları topladı.
Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR





Bir zamanlar milyonları güldürən komediya aktyoru, SSRİ Xalq artisti Sergey Filippovun həyatının son illəri acınacaqlı olub. Ayrı-ayrı ittifaq ölkələrində filmlərə dəvət almış aktyor rejissor Arif Babayevin 1975-ci ildə lentə aldığı məşhur “Alma almaya bənzər” filmində də “üç idarədə işləyən şəxs” rolu ilə yadda qalıb. Aktyor Yusif Vəliyevin səsləndirdiyi Sergey Filippov bu filmdə maraqlı rol yaradıb.
Digər filmlərdə də maraqlı rolları ilə kino tarixinə düşmüş aktyor ömrünün son illərində xərçəng xəstəliyindən əziyyət çəkirdi. Arvadı 1989-cu ildə öldüyündən aktyor tək qalmışdı. Aktyor həmkarlarının unutduğu Sergey Filippov həyat yoldaşının ölümündən 1 il sonra dünyasını dəyişdi. Onun meyiti 1990-cı ilin 3 mayında tapıldı. Halbuki aktyor aprelin 19-da vəfat etmişdi. Tənhalıq içində ölən aktyorun meyiti onun ölümündən ancaq 2 həftə sonra tapıldı.
Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR






Amma faciə bununla yekunlaşmadı. Əsl dəhşət meyiti 2 həftə ortada qalmış aktyorun nəşinin dəfni məsələsində üzə çıxdı. Məlum oldu ki, SSRİ miqyaslı məşhur “Lenfilm”də onun dəfni üçün 1 qəpik də pul yoxdur. Onun dəfni üçün təqaüddə olan aktyorlar həmkarlarından qəpik-qəpik pul yığıldı.
Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR






SSRİ-nin, Moldovanın teatr və kino aktyoru Mixay (Mixail) Volontir- “Budulayı” keçmiş SSRİ-nin demək olar hər yerində tanıyırdılar. SSRİ Xalq artisti Azərbaycan kinosevərlərinə rejissor Rasim Ocaqovun 1975-ci ildə lentə aldığı “Tütək səsi” filmindən tanışdır. Filmdə Cəbrayıl rolunu oynayan Mixay Volontir uzun illər ağır şəkər xəstəliyindən əziyyət çəkirdi. Aktyor müalicəsi üçün bir neçə dəfə əməliyyat olunsa da, bunun xeyri olmadı. Sonralar görmə qabiliyyətini itirərək kor olan Mixay Volontir xeyli yoxsul yaşayırdı. Qoca aktyorun vəziyyəti sonralar tamamilə pisləşdi.
Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR






Ömrünün sonlarında o şəkər xəstəliyindən də ağır onkoloji xəstəliyə düçar oldu. Aktyor xəstəliklə təkbaşına mübarizə aparmağa başladı. O, hər kəs tərəfindən tamamilə unuduldu. Mixay Volontir 2015-ci ilin 15 sentyabrında 81 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişdi. Halbuki aktyor Almaniyada müalicə edilib yenidən həyata qayıda bilərdi. Lakin müalicəyə pul yox idi.
Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR






Sovet İttifaqında “Əməkdar nənə” adlanan Tatyana Peltser də kino tarixinə bədbəxt aktrisa kimi düşdü. Bir zamanlar aktyorlar onunla bircə səhnəyə çəkilməyi belə, özləri üçün şərəf sayırdılar.
O, maraqlı rolu ilə Azərbaycan kinosuna da düşdü. “Bəxtiyar” filmində “Natalya Alekseyevna” rolunu oynayan Tatyana Peltser filmdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi.
Lakin digər həmkarları kimi o da teatrdan gedən gündən unuduldu.
Kinomuzun yoxsulluq içində ölən qəhrəmanları – FOTOLAR






Aktrisa 1980-ci illərdən yaddaş itməyə başladı. Sonralar onda hər kəsdən şübhələnmə xəstəliyinin əlamətləri müşahidə olundu. Ömrünün son illərini psixiatriya xəstəxanasına keçirən Peltser orda da yaddan çıxmışdı. Ta psixiatriyada qalmaqal yaranan günədək... Belə ki, günlərin bir günündə mətbuata psixiatriyada ruhi xəstə pasiyentin amansızlıqla döyülməsi barədə xəbər yayılır. Araşdırma zamanı məlum olur ki, bu, SSRİ-nin Əməkdar və Xalq artisti Tatyana Peltserdir.
İki dəfə psixiatriya xəstəxanasına düşən aktrisa fiziki zədə də almışdı.
Tatyana Peltser 1992-ci ilin iyulunda infarktdan və pnevmoniyadan sonra öldü. Onun ölümündən sonra klinikanın pasiyentlərinin qoca aktrisanı amansızcasına döymələri faktı bir daha gündəmə gəldi və təsdiqləndi. Amma daha gec idi. 88 yaşlı aktrisanı səssiz-səmirsiz dəfn etdilər.

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler