» » NAXÇIVANDA "PLOV" VƏ "YALLI" FESTİVALLARI KEÇİRİLİR

NAXÇIVANDA "PLOV" VƏ "YALLI" FESTİVALLARI KEÇİRİLİR

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
NAXÇIVANDA "PLOV" VƏ "YALLI" FESTİVALLARI KEÇİRİLİR
Mərasim sentyabrın 30-u baş tutub
Naxçıvanda sentyabrın 30-u “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçirilir.

"Xalqİnfo" xəbər verir ki, bu barədə muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Festivallarda Azərbaycan milli mətbəxinin yeməklərindən olan plov nümayiş etdirilir, qədim yallılar ifa olunur.

“Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaq.

Qeyd edək ki, Azərbaycanda 200-dən çox plov növü var. Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanır.

Muxtar respublikada 40-dan çox yallı oynanılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler