» » Nuru Paşanın xatirəsi ehtiramla yad edildi - İstanbulda

Nuru Paşanın xatirəsi ehtiramla yad edildi - İstanbulda

Bölmə: Mədəniyyət
Nuru Paşanın xatirəsi ehtiramla yad edildi - İstanbulda
İstanbuldakı Edirnəkapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın (Nuru Killigil) əziz xatirəsi ehtiramla yad olunub.

"Xalqİnfo” Azərtac-a istinadən xəbər verir ki, anma mərasimində Azərbaycan və Türkiyədən olan tanınmış şəxslər, ölkəmizin İstanbuldakı Baş konsulluğunun əməkdaşı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının nəslindən olan şəxslər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Nuru Paşanın ruhuna dualar oxunub, Bakıdan və Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən - Killigil ailəsinin doğma yurdundan gətirilən torpaqlar Nuru Paşanın məzarı üstünə səpilib.

Sonra Nuru Paşanın şərəfli ömür yolundan, tarixi qəhrəmanlığından danışılıb. 1918-ci ildə Bakının erməni-daşnak işğalından azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından bəhs olunub. Diqqətə çatdırılıb ki, çalışdığı silah zavodunda baş verən partlayış nəticəsində iş yoldaşları ilə birlikdə həlak olan Nuru Paşa və onun silahdaşları Azərbaycan və Türkiyə xalqları tərəfindən heç zaman unudulmayacaq. Nuru Paşa və 27 iş yoldaşının dəfn edildiyi məzarların xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa olunması Vətən və torpaq uğrundan həyatını qurban verən qəhrəman insanlara ehtiram kimi dəyərləndirilib.
Nuru Paşanın xatirəsi ehtiramla yad edildi - İstanbulda
Nuru Paşanın xatirəsi ehtiramla yad edildi - İstanbulda

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler