» » Dünyada və Azərbaycanda ən çirkli havası olan bölgələr -

Dünyada və Azərbaycanda ən çirkli havası olan bölgələr - Beynəlxalq HESABAT

Bölmə: Mədəniyyət
Dünyada və Azərbaycanda ən çirkli havası olan bölgələr -
Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində ətraf mühitin çirklənməsi ilə bağlı yeni hesabat yayımlayıb. Hesabatda dünya əhalisinin 92%-nin havanın çirkləndiyi bölgələrdə yaşadığını müəyyən edib.

"Xalqİnfo bildirir ki, Modern.az Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytına istinadən xəbər verir ki, hər il dünyada havanın çirklənməsi 11 milyondan artıq insanın (ölən insanların 11%-nin) ölümünə yol açır. Bu zaman insanlar daha çox infeksiya xəstəliklərindən deyil, ürək-damar problemlərindən, insultdan və ağciyər xərçəngindən keçinirlər.

Hava çirklənməsinin əsas səbəbləri qeyri-effektiv nəqliyyat, tullantıların yandırılması, kömürlə işləyən elektrik stansiyaları və sənaye fəaliyyətidir.
Təşkilat dünyanın 3000 ayrı-ayrı bölgəsindən peyk şəkilləri çəkib və hava analizləri götürərək planetin hava təmizliyini əks etdirən interaktiv cədvəlini hazırlayıb.

Hesabatda havanın hər 1 kub metrinə düşən zərərli maddələrin mikroqramları (bərk hissəciklərin) təsvir olunub. Belə ki, interaktiv xəritədə yaşıl rəngdə təsvir olunan bölgələr havanın ekoloji baxımdan təmiz olduğu yerlərdir. Belə ərazilərdə havanın hər 1 kub metrində 10 mikorqamdan az zərərli maddə var.

Sarı rəngə boyanmış regionlar da nisbətən təmiz sayılır, bu bölgələrdə isə havanın hər 1 kub metrinə 11-15 mikroqram zərərli orqanizm düşür.

Narıncı rəngli ərazilərdə bu göstərici (16-25 mikroqram), qırmızı rəngli bölgələrdə 26-35 mikroqram, tünd qırmızı ərazilərdə 36-69 mikroqram və tünd-çəhrayı ərazilərdə isə 70 mikroqramdan çoxdur.

Azərbaycan ərazisi interaktiv cədvəldə əsasən narıncı və qırmızı rənglərlə təsvir olunub. Naxçıvanın Ermənistanla sərhəd boyu əraziləri, Qarabağın Dağlıq hissəsi, Qazax-Ağstafa-Goranboy-, Şəki-Zaqatala və Quba-Qusar bölgəsi Azərbaycanda havanın ən təmiz olduğu (hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddə) regionlarıdır. İşğal altındakı Şuşa şəhəri isə yeganə yerdir ki, orada havanın təmizliyi maksimal sarı rənglə göstərilib və 1 kub metr havaya 11-15 mikroqram zərərli maddənin olduğu deməkdir.
İnteraktiv cədvəldə Ələt qəsəbəsi, Neftçala və Ağcabədi rayonları yerləşən bölgələr tünd qırmızı rəngdə təsvir olunub. Bu isə həmin ərazilərdə havanın çox çirkləndiyini və 1 kub metr havada 26-35 mikroqram zərərli maddənin olduğu deməkdir.
İstənilən şəxs http://maps.who.int/airpollution/ ünvanından dünyanın hava təmizliyin göstərən interaktiv xəritəsini izləyə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler