» » Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib

Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib

Bölmə: Mədəniyyət, Şou
Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib
Hollivud aktrisası Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib.

Xalqİnfo.az bildirir ki, "Report"un verdiyi məlumata görə, bu barədə TMZ mənbəyə istinadən xəbər verir.
Bildirilir ki, boşanmaya səbəb fikir ayrılığı göstərilir.

Ancelina Coli 6 uşağına qəyyumluğun onda saxlanılmasını, Bredə isə onlarla mütəmadi görüşməyə icazə verilməsini istəyir. O, keçmiş həyat yoldaşından aliment tələb etmir.

Boşanmaya səbəb aktrisanın Pittin uşaqları tərbiyə etmək tərzindən razı qalmaması səbəb olub.

Nəşrin verdiyi məlumata görə, boşanmanın yeganə səbəbi məhz budur və heç bir "üçüncü" tərəf burda iştirak etmir.

"Reuters"in xəbərinə görə, A.Colinin vəkili məlumatı təsdiqləyib. Hüquqşünas deyib ki, aktrisa vəziyyəti şərh etməyəcək.

Xatırladaq ki, A.Coli və B.Pitt 2004-cü ildən bir yerdədir. Onların toyu 2014-cü ilin avqustunda baş tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler