Amaliya Pənahova: “MTN rəhbərliyi bizə boyun olmuşdu”Bölmə: Mədəniyyət, MANŞET
“15 ildir qanunla, sənədlə Rəşid Behbudov ünvanında yerləşən Şəhriyar adına klubda yerləşmişdik. Bu gün də rəsmi olaraq ünvanımız oradır. Amma təəssüf ki, mənim təşəbbüsümlə orada aparılan təmir axırda onunla nəticələndi ki, bizi oradan xaric etdilər və geri qaytarmadılar”.Xalqinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova “Yeni Müsavat”a müsahibəsində deyib. A. Pənahova bildirib ki, əvvəlki MTN rəhbərliyi problemin həlli ilə bağlı ona çox boyun olmuşdu: “Biz də başa düşürük ki, bu məxsusi binadır. Amma orda 3 gözəl zal, səhnə var və təsadüfdən-təsadüfə istifadə olunur. Adamın heyfi gəlir... Amma neyləyək... 6 ildir ki, bizi "Dostluq" kinoteatrına yerləşdiriblər, orada məskunlaşmışıq. Hər gün deyirlər ki, təmir olunacaq, amma heç bir şey yoxdur. Ora da elə bil 2-3 arvadlı ailədir”. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|