» » Xətaidə multikulturalizim konserti təşkil edilib

Xətaidə multikulturalizim konserti təşkil edilib (FOTOLAR)

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
Xətaidə multikulturalizim konserti təşkil edilib Xətai rayonundakı Heydər Əliyev Parkında rayon İcra Hakimiyyətinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil olunub. “Multikulturalizim ili” çərçivəsində təşkil olunmuş tədbirdə Yaponiyanın tanınmış “Va-Liqa” musiqi qrupu və Azərbaycanın muğam üçlüyü birgə ifalarla çıxış edib.

Xalqinfo.az “Qafqazinfo”ya ya istinadən bildirir ki , tədbirdə çoxsaylı qonaqlarla yanaşı Koreya səfiri Kim Çanq-gyu, Rumıniya səfiri Kristian Çiobanu və xanımı Luminita Çiobanu, Ukrayna səfiri Aleksandr Mişenko, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın Bakı ofisindən Ofisin rəhbəri Furio De Angelis və xanımı Hiromi İriyama, Türkiyə səfirliyindən attaşe xanım Özge Kartal və həyat yoldaşı, İsrail səfirliyindən səfir Dan Stav və xanımı Gili Stav, Səfirin müşaviri Amir Rom, Konsul xanım Ronit Kapuya Azuz, Hindistan səfirliyindən səfir Sanjay Rana və xanımı Barbara Yankovska, Kolumbiya səfirliyindən səfir xanım Marta Qalindo Pena və həyat yoldaşı, Serbiya səfirliyindən səfir Neboyşa Rodi də iştirak ediblər.

İştirakçılar və qonaqlar ilk öncə Heydər Əliyevin abidəsi qarşısına çiçəklər düzüb və Yapon bağını gəziblər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tədbirdə iştirak edən xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrini və digər qonaqları salamlayıb. Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu istiqamətdə rayonda mütamadi olaraq tədbirlər keçirilir ki, bu günki tədbir də məhz Multikulturalizm mövzusuna həsr olunub: “Belə tədbirlərin keçirilməsi ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, insanlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Elə buna görə də bu gün ölkəmiz tolerantlığın mərkəzi olan ölkələrdən biri hesab olunur”. Razim Məmmədov eləcə də Azərbaycan-Yaponiya döstluq münasibətləri çərçivəsində rayonda görülən işlərdən danışıb.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahişi tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan ilə Yaponiya arasında digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Ölkənin müxtəlif yerlərində, o cümlədən Xətai rayonunda salınan Yapon parkları, keçirilən müxtəlif mədəni tədbirlər, insanlar arasında qardaşlıq səfərləri və s. Yaponiya – Azərbaycan dostluğunun bariz nümunəsidir.

Daha sonra Yaponiyanın tanınmış "Va Liqa" musiqi qrupunun rəngarəng musiqi nömrələri dinlənilib. Konsertdə “Va Liqa” və Azərbaycan muğam üçlüyünün ifasında ənənəvi Azərbaycan musiqisi ilə ənənəvi Yapon musiqisinin sintez ifaları isə tamaşaçılar tərəfindən daha böyük coşqu ilə qarşılanıb.
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib
Xətaidə multikulturalizim konserti təşkil edilib









































































































































































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler