» » Xalq artistinin səhhəti pisləşdi

Xalq artistinin səhhəti pisləşdi

Bölmə: Mədəniyyət
Xalq artistinin səhhəti pisləşdi

Xalq artisti Əlibaba Məmmədovun səhhəti pisləşib.

Xalqinfo.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə xalq artisti özü məlumat verib. O, bildirib ki, səhhətindəki problemlərə görə bir aydır evdən bayıra çıxa bilmir:

"Çox bərk xəstələnmişəm. Bir aydır beləyəm, heç kimə də demirəm. Evdən də bayıra çıxmıram. Ancaq uşaqlarım, gəlinim mənə baxır. Ayaqlarım şişib, həkimlər də diaqnoz qoya bilmirlər. Görünür yaşla əlaqədardır. Artıq 87 yaşım var. Bir aydır müsahibə də vermirəm, efirə də getmirəm. İndi də tətildir deyə, dərsim də yoxdur.Həftədə iki dəfə dərsim olur. Onda da tələbələrim gəlib aparırlar".

Xatırladaq ki, Əlibaba Məmmədov hazırda Azərbaycanın ən yaşlı muğam ifaçısı hesab olunur.

Şərh Yaz
ŞƏRH(1)

Niyazov Niyaz Novruz oğlu 7 fevral 2016 16:20
Əlibaba Məmmədovun muğam ustadı kimi qiymətini bilirik.Vaxtilə onun ifasını daima dinləyirdik.Həmişə onun müğam və təsniflərindən həzz almışam.Elə indinin özündə belə onun muğam ustadı kimi biliyinə və sənətinə söz ola bilməz.Ancaq bir vaxt dollar bahalaşanda sıravi millətə öz düşüncəsini gərəkli səviyyədə ərz etməmişdi.Gərəkli səviyyədə ərz etmişdi deyəndə anlamaq olar ki,onun yanaşması o formada olub.Onsuz da bütün millətin hamısı eyni formada düşünə bilməz.bu qeyri-mümkündür. Buna baxmayaraq söhbət sıravi və çörək almaqda çətinlik çəkən insanlardan gedəndə bir az da olsa insan gərək ifadələrini yumşaqcasına düzənləsin. Əlibaba Məmmədova isə CAN sağlığı diləyirəm.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler