» » Rəşid Behbudovun qızı atası haqqında ilk dəfə -

Rəşid Behbudovun qızı atası haqqında ilk dəfə - Gizli məktub

Bölmə: Mədəniyyət
Rəşid Behbudovun qızı atası haqqında ilk dəfə - İsrailin “Birinci Radio”sunda yayımlanan “Musiqili çayxana” verilişi SSRİ xalq artisti Rəşid Behbudov haqqında bir saatlıq veriliş hazırlayıb.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, veriliş əfsanəvi müğənninin 100 illik yubileyinə həsr olunub.


Verilişdə iştirak edən Rəşid Behbudovun qızı Rəşidə Behbudova atası ilə bağlı xatirələrini bölüşüb.

O bildirib ki, atası Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dəstəyini və səmimi münasibətini həmişə hiss edib:

“Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illiyinin keçirilməsi və Azərbaycanın paytaxtında böyük müğənninin heykəlinin ucaldılması haqqında fərman imzalayıb. Atam yəhudi xalqına xüsusi mehribanlıqla yanaşırdı. Bu yaxınlarda aşkar etdiyim məktubunda atam İsrailə getmək arzusundan yazır. Dürüst, açıq və güclü insanların onun xatirəsi üçün gördükləri işlər, xüsusilə, ailəmizə bəslənilən səmimi və ehtiramlı münasibət mənim üçün çox qiymətlidir”.

Həmçinin, “Birinci Radio” dinləyiciləri üçün bir saat ərzində Rəşid Behbudovun repertuarından “Azərbaycan”, “Vətən”, “Lalələr”, “Sənin qara gözlərin”, “Sənə də qalmaz”, “Aylı gecələr”, habelə “Arşın mal alan” filmindən mahnılar səslənib.

Kainat Şirin


Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler