» » Ceyhun Osmanlı film sektorunda

Ceyhun Osmanlı film sektorunda (EKSKLÜZİV)

Bölmə: Mədəniyyət
Ceyhun Osmanlı film sektorunda
Milli Məclisin deputatı Ceyhun Osmanlı yeni film çəkilişlərinə başlayıb. Millət vəkili bu barədə ANS PRESS-ə açıqlamasında məlumat verib.

O, bildirib ki, hazırda iki filmin hazırlığı üzərində iş gedir: “Son dövrlərdə parlament fəaliyyətimlə yanaşı film sektoru da məni çox dərindən maraqlandırır. Beynəlxalq səviyyəli bir bədii filmin çəkilişlərini artıq başa çatdırdıq. Artıq Londonda filmin təqdimatı oldu. Hazırda ulu öndərimiz Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı beynəlxalq əhəmiyyətli bir sənədli filmin çəklişlərini başa çatdırırıq. Bu işlər beynəlxalq bir qurupla həyata keçirilir. Xocalı Soyqrımı ilə bağlı “Discovery” formatında sənədli filmin hazırlığı üzərində işlər gedir. Hazırda parlament fəaliyyətimə paralel olaraq yaradıcı işlərlə, xüsusi ilə beynəlxalq əhəmiyyətli filmlərin istehsalı ilə məşğulam".

Ceyhun Osmanlı bu işlərin yay aylarında başa çatacağını bildirib. Deputat deyib ki, işlərinin təqdimatı sentyabrın sonunda təqdimat mərasimləri keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler