» » Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTOLAR

Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTOLAR

Bölmə: Mədəniyyət, MANŞET
Vida mərasimindən sonra xalq artisti Fəxri xiyabanda torpağa tapşırılacaq.

Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTOLARAzərbaycanın xalq artisti Habil Əliyevlə vida mərasimi sabah Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xalqinfo.az bildirir ki , xalq artistinin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, vida mərasimi sentyabrın 9-da saat 10.00-dan 12.00-dək keçiriləcək.

Vida mərasimindən sonra Habil Əliyev Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, bu gün axşam saatlarında xalq artisti Habil Əliyev dünyasını dəyişib. Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, Xalq artistinin səhhəti normallaşandan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də o,evə buraxılıb, bir neçə gün əvvəl isə yenidən komaya düşüb.

Allah rəhmət eləsin...

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H. Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTOLAR
Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTOLAR
Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTOLAR

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler