» » "O qadının yanında həyəcandan əlim-ayağım əsirdi"-

"O qadının yanında həyəcandan əlim-ayağım əsirdi"- Əməkdar artistdən illər sonra ETİRAF

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
 "O qadının yanında həyəcandan əlim-ayağım əsirdi"-
Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev nostalji hisslərə qapılaraq səhnədəki tərəf müqabillərini xatırlayıb.

Xalqinfo.az xəbər verir ki, publika.az-a açıqlama verən aktyor deyir ki, uğur qazanmaq üçün tərəf müqabilinin bacarığı əhəmiyyət daşıyır:
"Tərəf müqabilinin kimliyi çox önəmlidir. Çünki ondan enerji, qarşılıq almasan, oyunun çox sönük görünəcək. Gənclik illərimdə ən böyük arzum xalq artisti Xuraman Hacıyeva ilə tərəf müqabili olmaq idi. O vaxtlar tələbə idim, Xuraman xanım da gözəl, cazibədar bir aktrisa kimi bizi özünə aşiq etmişdi. Deyirdim ki, ay Allah, kaş onunla eyni səhnəni paylaşa biləydim. Qismət elə gətirdi ki, bir yerdə işləməli olduq. Onunla "Yazığam, sevmə məni" adlı tamaşada oynayanda həyəcandan əlim-ayağım əsirdi. Çox mükəmməl qadın idi. Səhnədə tərəf-müqabilini maqnit kimi özünə çəkməyi bacarırdı. Bu gün də yaxşı tərəf müqabillərim var, amma çox deyil".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler