» » “İRƏLİ”dən “Danışan kitab”

“İRƏLİ”dən “Danışan kitab” layihəsi

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
“İRƏLİ”dən  “Danışan kitab”  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, “İRƏLİ” İctimai Birliyinin dəstəyi və Aynur Novruzovanın təşkilatçılığı ilə “Danışan kitab” layihəsi həyata keçiriləcək.


Xalqinfo.az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, “Danışan Kitab” yerli və xarici, klassik, müasir və müxtəlif janrlarda ədəbiyyatları özündə birləşdirən audio kitabxana layihəsidir. Bu layihə görmə qüsurlu insanlara, həmçinin kitab oxumağa vaxtı, fürsəti olmayan şəxlərə daha əlverişli imkan yaradacaq.

İlkin mərhələdə bir neçə janrdan ibarət, keçirilmiş sorğu nəticəsində müəyyənləşmiş kitablar könüllü şəxlər tərəfindən studioda səsləndiriləcək. Audio formatında olan kitablar həm yaradılacaq vahid elektron audio kitabxana olan www.danishankitab.az saytında yerləşdiriləcək ki, burada həmin audio kitabları onlayn şəkildə dinləyə və ya yükələyə biləcəklər, həm də disklər şəklində tərəfdaş olacaq kitab mağazasına veriləcək.

Qeyd edək ki, “Danışan kitab” layihəsi üçün səsyazmalara start verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler