» » Bərdədə şeir müsabiqəsi:

Bərdədə şeir müsabiqəsi: Uşaqlar arasında

Bölmə: Mədəniyyət
Bərdədə şeir müsabiqəsi:  Heydər Əliyev adına istirahət parkında uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin, Bərdə rayon Gənclər və İdman idarəsinin və 2 saylı musiqi məktəbinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı təqdim olunub, uşaqlar arasında şeir müsabiqəsi və intelektual viktorina keçirilib.


Xalqinfo.az bildirir ki,“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov ölkəmizdə və eləcədə rayonda gənclərin və idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Tədbirdə xalq və bəstəkar mahnıları, rəqs musiqiləri ifa olunub.

Rayonda uşaq,yeniyetmə və gənclərin istedadlarının üzə çəxarılmasında və onlara milli musiqimizin və rəqslərimizin aşılanmasında və rayon səviyyəli tədbirlərin keçirilməsində göstərdikləri xidmətlərə görə 2 saylı musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Vahidi Fərhad Yusif oğlu,qarmon müəllimi Əliyev Vaqif Fəxrəddin oğlu,nağara müəllimi Məmmədov Aydın Mənsim oğlu ,muğam səs müəllimləri Bayramov Ramil Rövşən oğlu,Quliyev Qəni Aydın oğlu və tar ixtisas müəllimi Abdullayev Rəşid Bəhlul oğlu Gənclər və İdman idarəsinin Fəxri Fərmanları ilə təltif olunublar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler