» » Heydər Əliyev Sarayında irland şousu

Heydər Əliyev Sarayında irland şousu

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Heydər Əliyev Sarayında irland şousuHeydər Əliyev Sarayının səhnəsində İrlandiyanın "Rhythm of the dance" rəqs qrupunun "Back to our İrish Roots" (“İrland köklərimizə qayıdış”) adlı konserti keçirilib.

Xalqinfo.az xəbər verir ki, konsert "Bakı-2015" birinci Avropa Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi mədəni proqramlar çərçivəsində reallaşıb.

"Rhythm of the Dance" dünyanın ən məşhur ənənəvi irland rəqs kollektivlərindən biridir. Möhtəşəm şou İrlandiya keltlərinin tarixi inkişafını canlandırır və orijinallığına görə tənqidçilərin rəğbətini qazanıb. Dünyada milyonlarla tamaşaçının izlədiyi iki saatlıq rəqs və musiqi şənliyi ənənəvi və müasir rəqslərlə musiqini zəngin və fərqli geyimli şouda birləşdirir. "Rhythm of the Dance" irland rəqslərinin ənənələrini yaşadır və onları müasir formada təqdim edir.

Şouda canlı orkestr, üç tenor və 20-dən çox rəqqas çıxış edib.

Tamaşaçılara musiqinin, rəqsin, teatrın, xüsusi işıq effektlərinin və improvizasiyaların yer aldığı bənzərsiz şou təqdim olunub.

Ritmik və lirik musiqilərin bir-birini əvəz etdiyi rəngarəng şouda çıxışlar tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.
Mənbə
http://azertag.az/xeber/Heyder_Aliyev_Sarayinda_mohtesem_irland_sousu-867460

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler