» » “Ozan dünyası” jurnalının

“Ozan dünyası” jurnalının yeni nömrəsi ...

Bölmə: Mədəniyyət
“Nurlan” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin (AAB) ədəbi orqanı olan “Ozan dünyası” ədəbi-bədii jurnalının yeni nömrəsi çapdan çıxıb.

Xalqinfo.az xəbər verir ki, min nüsxə tirajla çap olunmuş nəşrin cari il üçün ilk nömrəsində əməkdar elm xadimi, filologiya elmləri doktoru Həsən Mirzənin vəfatı ilə bağlı AAB-nin İdarə Heyətinin “Azərbaycan elminə ağır itki” sərlövhəli məlumatı və birliyin sədri, Xalq Şairi Zəlimxan Yaqubun Həsən Mirzəyə həsr etdiyi “Dost itkisi” şeiri dərc olunub.

Həmçinin, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun Həsən Mirzənin xatirəsinə həsr etdiyi “Şərəfli ömür yolu” başlıqlı xatirə yazısı da yer alıb.

Jurnalda keçən əsrdə yaşayıb-yaradan Açıq Murad Məhərrəmoğlu, Aşıq Müslüm, Aşıq Şıxmirhüseyn, Aşıq Xəlil, Aşıq İsmi, el şairləri Molla Tubunisə, Məşədi Bikə və digər el sənətkarları haqqında qısa məlumat və yaradıcılıqlarından nümunələr dərc olunub.

Nəşrdə, həmçinin Musa Nəbioğlunun xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” kitabı haqqında Səməndər Məmmədovun “Uca sözün işığında yazılan kitab” sərlövhəli məqalə, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin atası və tanınmış el aşığı Aşıq Oruc Aşıq Vəli oğlu haqqında yazdığı “Atam yadıma düşdü” sərlövhəli yazı dərc edilib.

Öz ənənəsinə sadiq qalaraq jurnalda unudulmaqda olan aşıqların yaradıcılığı ilə yanaşı, vaxtilə Aşıq Hüseyn Saraclının söylədiyi “Bolu bəy və qoç Koroğlu” dastanı da yer alıb.

Jurnalın baş redaktoru Musa Nəbioğludur.
Mənbə
http://azertag.az/xeber/Ozan_dunyasi_jurnalinin_yeni_nomresinde-867452

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler