» » Musa Yaqub özünü yaxşı

Musa Yaqub özünü yaxşı hiss edir

Bölmə: Mədəniyyət
Musa Yaqub özünü yaxşı Tanınmış şair Musa Yaqubun səhhəti ilə bağlı xoş xəbər var.

Xalqinfo.az bildirir ki,Publika.az-a danışan şair özünü yaxşı hiss etdiyini deyib: “Bir müddət öncə səhhətimdə ciddi problemlər vardı, həkimlər dərdimə əlac edə bilmirdi. Nə qədər dava-dərman olunurdusa da, səhhətim düzəlmirdi. Heç bilmirdim niyə belə halsızam. Amma artıq sağalmışam. Çölə-bayıra da çıxıram, dostlarla görüşürəm”.

Şair heç yerdə işləməsə də, yaradıcılığına ara vermədiyini bildirib.

Xəstə olduğu vaxtlarda çoxlu yeni şeirlər yazan Musa Yaqub o şeirləri kitab halında çap etdirəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler