Prezidentin sərəncamı icra edildi(Fotolar)Bölmə: Mədəniyyət, MANŞET
Mayın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.XALQİNFO.AZ AZƏRTAC-a isitinadən xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini söyləyib. Ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan nazir bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Ə.Qarayev Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, məhz Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyət incilərimiz UNESCO-nun irs siyahısına daxil edilib. Bütün bu işlərin Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirildiyini diqqətə çatdıran nazir xalqımızın mədəniyyətini tanıdan, sevdirən insanların fəaliyyətinə hər zaman qiymət verildiyini söyləyib. Sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət xadimi”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, habelə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı sahiblərinə təqdim edilib. Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|