» » YARAT-ın "Şəhərin səsi" müsabiqəsinə yekun vuruldu

YARAT-ın "Şəhərin səsi" müsabiqəsinə yekun vuruldu

Bölmə: Mədəniyyət
YARAT-ın "Şəhərin səsi" müsabiqəsinə yekun vuruldu2014-cü ilin noyabrında YAY Qalereyası və Yarat Müasir İncəsənət Məkanı müasir incəsənətə dəstək ideyası çərçivəsində “Şəhərin səsi” adlı beynəlxalq pablik art layihəsinə start verib.

trend-in məlumatına görə, layihə YAY Qalereyasının qarşısında olan postament üçün pablik art layihənin işlənməsinin açıq müsabiqəsi idi. Müsabiqənin konsepsiyasının tezisi kimi – “İnsanın daxili dünyasının müasir dünyanın xarici faktorları ilə toqquşması” elan olunub.

YAY Qalereyasının keçirdiyi müsabiqəyə 20-dən artıq ölkədən olan iştirakçı 100-ə yaxın layihə təklifləri ilə qatılıb. Layihə göndərənlər arasında Bolqarıstan, Rumıniya, Litva, Serbiya, Polşa, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Fransa, İtaliya, Almaniya, İndoneziya və s. ölkələrdən olan rəssam, heykəltəraş, dizayner və memarlar var. Layihənin münsiflər heyəti və İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən finalistlər müəyyən olunub, onların arasından qalib seçilib.

Beləliklə, Reline Studio adından iştirak edən Urfan Məmmədov və Nicat Nusalovun “Zamanın pəncərəsi” adlı installyasiyası pablik art müsabiqəsinin qalibi elan olunub. “Zamanın pəncərəsi” installyasiyasında - Bakı şəhərində ayrı-ayrı dövrlərin memarlıq nümunələrinin cəmləşdiyi ideyası vurğulanır. Bakı şəhəri memarlıq qatlarına görə maraqlı quruluşa malikdir. Belə ki, şəhərin siluetinə diqqət yetirsək, ən qədim zamanlardan müasir, hətta futuristik, memarlıq qatlarını burada görə bilərik. Bunu əmələ gətirən faktorlara misal olaraq qədim Qız qalasını, İçərişəhərin qala divarlarını, Sovet dövrü memarlığını, yüksək texnoloji memarlıq üslubunda olan “İçərişəhər” metrostansiyasını, Flame Towers kompleksini göstərmək olar. Bakı şəhəri keçmişi, indiki zamanı və gələcəyi özündə birləşdirir. İnstallyasiyanın əsas qayəsi Bakını və onun həyatını özündə əks etdirməkdir.

Layihənin təqdimatı və qalib əsərin nümayişi bu il iyun ayının birinci yarısında nəzərdə tutulur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler