» » Azərbaycan dilinin Dialektoloji Atlası hazırlanır

Azərbaycan dilinin Dialektoloji Atlası hazırlanır

Bölmə: Mədəniyyət
Azərbaycan dilinin Dialektoloji Atlası hazırlanır“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və proqramın qəbul edilməsinin iki illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasından lent.az-a verilən məlumata görə, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş bu mühüm Dövlət Proqramının əhəmiyyətini qeyd edib. Dilçiliyin inkişafına dair Dövlət Proqramı və dilçilik elmi qarşısında dayanan əsas vəzifələrdən danışan akademik institutda proqram çərçivəsində görülən işlərdən, struktur dəyişikliyindən, yeni şöbələrin açılmasından söz açdı.
Bildirib ki, Dövlət Proqramı əsasında institutda Monitorinq şöbəsi yaradılıb. Həmin şöbə bu gün dilin praktik vəziyyəti ilə məşğul olur. İnstitutda, həmçinin Azərbaycan dilinin Dialektoloji Atlasının çapı üçün müəyyən işlər görülür.
Sonra Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. S. Sadıqova qeyd edib ki, Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artıb. O, terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləməyin, terminologiyanın inkişafını düzgün istiqamətləndirməyin zəruriliyini vurğulayıb.
Bildirilib ki, Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri üzrə dəyişikliklər edilib. Mühüm istiqamətlər müəyyənləşdirilib. Elmin bütün sahələrinə aid 100-ə yaxın terminoloji lüğət nəşr olunub.
Tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, Mətbuat Şurasının dil komissiyasının rəhbəri Bəxtiyar Sadıqovun “Azərbaycan KİV-lərində dil normalarının gözlənilməsinin vəziyyəti”, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmlinin “Dövlət Proqramlarının yerinə yetirilməsi ilə bağlı aparılan monitorinqlər və mövcud problemlər” mövzusunda məruzələri dinlənilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler