» » "Bakı Sirkinin binası şəhərin mərkəzində olmalıdır"

"Bakı Sirkinin binası şəhərin mərkəzində olmalıdır"

Bölmə: Mədəniyyət
"Bakı Sirkinin binası şəhərin mərkəzində olmalıdır"“Fikrimcə, Bakı Sirkinin binası şəhərin mərkəzində və daha geniş ərazidə olmalıdır”.

apa-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media rəhbərləri ilə görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, sirkin yeni binasının inşası ilə bağlı artıq bir neçə layihə hazırdır: “Bu günlərdə sirkin yanından keçirdim, gördüm ki, o binanın xarici görünüşü qənaətbəxş deyil. Qeyd etməliyəm ki, sirkin daxili infrastrukturu yaxşı vəziyyətdədir. Cənab prezidentin tapşırığına əsasən, 4-5 layihə hazırlanıb, tender elan olunacaq və ən yaxşısı seçiləcək. Mən inanıram ki, sirkin binası şəhərin mərkəzində daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır”.

Ə. Qarayev bildirib ki, hazırda prioritet məsələ Opera və Balet Teatrının restavrasiyası və yenidən qurulmasıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler